CƏMİYYƏT


Könüllülərin iştirakı ilə “Vətən var olsun!” adlı fləşmob təşkil edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə Vətən müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan "Vətən var olsun!" şüarı altında fləşmob keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, fləşmobda iştirak edən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc könüllü fləşmobdan əvvəl 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fləşmob zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan könüllülər Dövlət Bayraq Meydanı ərazisində Azərbaycan Respublikasının xəritəsini və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərimizin əsas rəmzlərindən hesab olunan “Dəmir Yumruq” simvolunu canlandırıblar.

Fləşmoba qatılan könüllülər qalib ölkənin gəncləri olmaqdan qürur hissi keçirdiklərini və bundan sonrakı fəaliyyətlərində də Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsi üçün yorulmadan çalışacaqlarını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.