CƏMİYYƏT


“Könüllülərlə iş üzrə idarəçilərin inkişaf proqramı” yekunlaşıb

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Gənclər Fondu, Naxçıvan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Könüllülərlə iş üzrə idarəçilərin inkişaf proqramı” yekunlaşıb.

AZƏRTAC Azərbaycan Gənclər Fondunun saytına istinadla xəbər verir ki, ümumilikdə üç gün davam edən proqramın sonunda gənclərin əldə etdikləri biliklərin yoxlanılması və sertifikasiyanın həyata keçirilməsi məqsədilə imtahan prosesi keçirilib.

Proqram daxilində gənclər üçün “Azərbaycanın gənclər siyasəti”, “Könüllülüyün qanunvericilik üzrə əsasları”, “Könüllülərin cəlb olunması və saxlanması”, “Könüllülərin seçim prosesinin aparılması" təlimləri təşkil olunub.

Yekun nəticələrə uyğun olaraq əməkdaşlar könüllülərlə iş sahəsində nəzəri və praktiki biliklərini təsdiq edən dərəcə və iştirakçı sertifikatları ilə təltif olunublar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.