REGİONLAR


Könüllülük dəyərli iş təcrübəsi qazanmaq üçün yaxşı imkandır

Masallı, 14 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 13-də Masallı şəhərindəki Gənclər evində rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclər arasında “Mən könüllüyəm” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa-yazı müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər. Müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilib.

Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Səma Həbişzadə birinci, Hüseynhacılı kənd tam orta məktəbin X sinif şagirdləri Aysu Qənbərova və Məleykə Abdullayeva ikinci və üçüncü yerə layiq görülüblər.

Müsabiqədə fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbin şagirdi Aləm Cəfərzadə diplomla mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan etməsinin gənclər üçün könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ölkəmizdə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

C.Manafov çıxışında, həmçinin dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülən işlərdən, Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq qarşıda duran vəzifələrdən danışıb.

Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxışında qeyd edib ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətin buna ehtiyacı olan üzvlərinə qayğı göstərmək və eyni zamanda, dəyərli iş təcrübəsi qazanmaq üçün yaxşı imkandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.