REGİONLAR


Könüllülük fəaliyyəti gənclərin potensialının üzə çıxarılması üçün əlverişli imkanlar yaradır

Füzuli, 5 dekabr, AZƏRTAC

Azərbaycan Könüllülük Həftəsi çərçivəsində Füzuli rayonunda fəaliyyət göstərən könüllü gənclərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Dövlət Dram Teatrında təşkil olunan görüşdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətindən, bu sahəyə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Odur ki, respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da könüllülük fəaliyyəti uğurla həyata keçirilir.

Diqqətə çatdırılıb ki, könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün əlverişli imkanlar yaradır. Könüllülük fəaliyyəti nəticəsində gənclər intizamlı, operativ, təşkilatçı, təşəbbüskarlıq və sair kimi bacarıqlar ortaya qoymaqla, peşəkar kadrlar kimi formalaşırlar.

Tədbirdə könüllülük fəaliyyəti göstərən gənclərdən Mədinə Hallacova, Arzu Məmmədova, Ramiz Ələsgərov və Vüqar Abbasəli çıxış edərək, gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup könüllüyə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib. Tədbir konsert proqramı və Füzuli Dövlət Dram Teatrının təqdim etdiyi ilə tamaşa ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.