ELM VƏ TƏHSİL


“Könüllülüyün bir açarı” layihəsinə start verilib

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün bir açarı” layihəsinə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır.

Layihə “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək. “Könüllülüyün bir açarı” onlayn yarışda intellektual suallar Qarabağa, şanlı qələbəyə həsr olunub. Layihədə iştirak edən tələbə-könüllülər sertifikat əldə edəcək. Habelə I, II və III yer üzrə ən yüksək dərəcəni əldə edən iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının milli könüllü platforması kimi 24 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.