İDMAN


“Konya-2021”: Bu gün Azərbaycan təmsilçiləri 8 idman növündə güclərini sınayacaqlar

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın səkkizinci günündə - avqustun 12-də Azərbaycan təmsilçiləri 8 idman növündə güclərini sınayacaqlar.

Atletikada Nazim Babayev uzunluğa tullanma yarışlarında çıxış edəcək.

Taekvondo yarışlarında isə Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxacaqlar.

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.

Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.

Futbol üzrə millimiz isə Mərakeş seçməsi ilə qarşılaşacaq.

Stend atıcılığının trap növünün qarışıq komanda yarışında Aydan Camalova - Əli Hüseynli cütlüyü mübarizə aparacaq.

Güləş yarışlarında isə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq) və Elis Manolova (65 kq) döşək üzərinə çıxacaqlar.

Ağırlıqqaldırma yarışlarında Tehran Məmmədov (61 kq) və İsa Rüstəmov (67 kq) mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.