İDMAN


Konyada V İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi ilə bağlı müzakirələr aparılıb

Bakı, 25 noyabr, AZƏRTAC

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı iclas keçirilib.

İclasda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birinci vitse-prezidenti, qurumun Nəzarət və Koordinasiya Komitəsinin rəhbəri Hamad Kalkaba Malboum, İHİF-in Texniki işlər üzrə başçısı Əşrəf Dahrouq, Tunis Milli Olimpiya Komitəsinin sabiq prezidenti Mohommed Adel Zahra, Beynəlxalq Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Kazi Racib Uddin Çapol, Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ərsöz, Konya Böyükşəhər Bələdiyyəsinin başqanı Uğur İbrahim Altay, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nihat Usta və başqaları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Şurasının, həmçinin İHİF-in Nəzarət və Koordinasiya Komitəsinin üzvü kimi həmin toplantıya qatılıb. K.Nurullayeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təcrübələrini bölüşüb, Konyadakı Oyunların uğurlu təşkili istiqamətində təkliflərini irəli sürüb.

Görüş zamanı yarışlara son hazırlıq işləri, yarışların keçiriləcəyi məkanlarla bağlı hazırkı vəziyyət və digər məsələlər müzakirə olunub. Oyunların ümumi reqlament və texniki kitabçasının yekun versiyası, talismanı, 25 idman növü üzrə yarışların proqramı, “Konya 2021” Təşkilat Komitəsinin fəaliyyət planı, marketinq və televiziya yayımı, bu kimi digər mühüm məsələlər müzakirə edilib. Eyni zamanda, qonaqlara gələn ilin avqustun 9-18-də keçirilməsi planlaşdırılan V İslam Oyunlarının rəsmi internet saytı və sosial media hesablarının yaxın günlərdə fəaliyyətə başlayacağı barədə məlumat verilib.

Sonra Konyada aparılan hazırlıq işləri ilə yaxından tanış olmaq məqsədilə yeni salınan Atletlər kəndi, həmçinin Konya Böyükşəhər Bələdiyyə Stadionu, Səlcuq Universiteti 15 İyul Stadionu, Səlcuq Universiteti 19 May İdman Salonu, Ələddin İdman Salonu, Konya Texniki Universitetinin İdman Salonu, Səlcuqlu Bələdiyyəsi İdman Salonu, "Cümhuriyyət" futbol meydanı, Karatay İdman və Konqres Mərkəzi, Atıcılıq sahəsi, "Saracoğlu" idman meydanı, Atletika sahəsi, Gimnastika salonu, Olimpiya Üzgüçülük Hovuzu, "Grand Millenium" Mərkəzi, Veledrom, Karatay Gənclik Mərkəzi, Selçuqlu Konqres Mərkəzi daxil olmaqla, “Konya 2021” Oyunlarının keçiriləcəyi bir neçə məkana baxış keçirilib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında atletlər idmanın 25 növü üzrə mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.