MƏDƏNİYYƏT
“Köpək balığı” filminin yeni versiyası hazırlanacaq
Bakı, 11 yanvar, AZƏRTAC
“Universal” kinostudiyası rejissor Stiven Spilberqin çəkdiyi “Köpək balığı” filminin yeni versiyasını hazırlamağı düşünür.
AZƏRTAC lavanguardia.com saytına istinadən xəbər verir ki, hazırda S.Spilberqlə bu yeni versiyada çəkiləcək filmə prodüserlik etməsi ilə bağlı danışıqlar gedir. Ekran əsərinin rejissoruna gəldikdə isə kinostudiya bir çox böyük filmlərdə kameraların arxasında dayanan argentinalı Endi Muşiettini namizəd hesab edir.
Qeyd edək ki, Stiven Spilberq “Köpək balığı” filmini (orijinal adı - Jaws) 1975-ci ildə çəkmişdir. Ekran əsəri böyük bir köpək balığının Emiti adasında dincələn insanlara hücum etməsindən bəhs edir. Yerli polis okeanoloq, məşhur balıq ovçusu ilə əlaqə quraraq onu tutmaq qərarına gəlir. Filmdə Roy Şayder, Robert Şou, Riçard Dreyfus və digər Hollivud ulduzları çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]