İDMAN


“Kopenhagen”-“Qarabağ” oyununda hesab dəyişib YENİLƏNİB

Bakı, 24 avqust, AZƏRTAC

Oyunun ikinci hissəsinə sürətli hücumlarla başlayan Ağdamın “Qarabağ” komandası matçın 63-cü dəqiqəsində hesabı bərabərləşdirib – 1:1. Ansi Aqollinin ötürməsindən sonra Dino Ndlovu rəqibin cərimə meydançasında topu ram etdikdən sonra dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib.

Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən hesabda irəli çıxıblar. Pavloviç başla dəqiq zərbə vuraraq adını tabloya yazdırıb – 2:1.

23:37

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda keçirilən “Kopenhagen”-“Qarabağ” görüşünün ilk hissəsi ev sahiblərinin üstünlüyü ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, oyunun birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Y.Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək hesabı açıb – 1:0.

Matçın 4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim “Kopenhagen”in heyətində Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra “Qarabağ”ın qapısı qarşısına ötürülən topa hücumçulardan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə toxunaraq qapıdan yan keçib.

Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Qerryeni Əfran İsmayılov əvəzləyib. Qarşılaşmanın 16-cı dəqiqəsində “Qarabağ” futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlasa da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların son cinahdan hücumundan sonra B.Verbiçin güclü zərbəsini “Qarabağ”ın qapıçısı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun səhvindən sonra topa sahib olan K.Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu nəticəsində yaranan təhlükəni sovuşdura bilib.

Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu fürsətdən istifadə edərək hesabı açıblar. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Y.Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb.

İlk hissə bu hesabla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.