İQTİSADİYYAT


Koreya Respublikası Azərbaycan iqtisadiyyatına 180 milyon dollaradək investisiya yatırıb

Bakı, 14 yanvar, AZƏRTAC

Koreya Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan tərəfindən isə bu ölkəyə 474 milyon dollar investisiya yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Azərbaycan və Koreya Respublikası arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, həmin şirkətlər dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Ş.Mustafayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, ötən ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.