İDMAN


Koreya Respublikası və Portuqaliya milli komandalarının start heyətləri bəlli olub

Koreya Respublikası və Portuqaliya milli komandalarının start heyətləri bəlli olub

Bakı, 2 dekabr, AZƏRTAC

Futbol üzrə Koreya Respublikası və Portuqaliya milli komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının H qrupunun üçüncü turunda üz-üzə gələcək komandaların oyununda Koreya Respublikası seçməsinin start heyətində Kim Sunqyu, Kim Jin Su, Kim Yunq Qvon, Kvon Ken Von, Kim Mun Hvan, Hvan İn Beom, Yung Vu Yunq, Li Kan İn, Li Ce Son, Hın Min Son və Sun Kyu Ço yer alıblar.

Portuqaliya seçməsinin heyətində isə meydana Dioqu Koşta, Pepe, Antonio Silva, Joau Kanselu, Dioqo Dalot, Vitinya, Ruben Neveş, Joao Mariu, Mateuş Nunyeş, Rikardo Horta və Kriştiano Ronaldo çıxacaqlar.

“Edukeyşın Siti” stadionunda təşkil olunacaq oyun Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.