DÜNYA


Koreya Respublikasında hərf muzeyi yaradılacaq

Bakı, 12 fevral, AZƏRTAC

Koreya Respublikasının İnçon şəhərində müxtəlif xalqların dillərinə aid hərfləri toplamaq, nümayiş etdirmək və araşdırmaq məqsədilə xüsusi muzey yaradılacaq.

AZƏRTAC xəbər verir ki, paytaxt Seulun qərbində yerləşən və ölkənin ən böyük hava limanının olduğu İnçon şəhərindəki hərf muzeyinin inşasına iyul ayında başlanılacaq.

Şəhər bələdiyyəsinin məlumatına əsasən, 2021-ci ildə hazır olacaq üçmərtəbəli muzeyin ümumi sahəsi 19 min kvadratmetrdən çox olacaq. Muzey ən qədim vaxtlardan günümüzədək hərflərlə bağlı maddi və qeyri-maddi nümunələri toplayaraq, onların akademik araşdırmasına dəstək vermək və həmin nümunələrin nümayişinin təşkili ilə məşğul olacaq.

Qeyd edək ki, oxşar muzey Berlində də fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.