ELM VƏ TƏHSİL


Koreya Respublikasında təqaüd proqramı

Bakı, 19 fevral, AZƏRTAC

Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən ödəniləcək. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.