SİYASƏT


Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb

Pekin, 24 fevral, AZƏRTAC

Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı petisiyalar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Koreya əlaqələrində ilk dəfə olaraq Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar tərəfindən hazırlanan petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir.

Xocalı soyqırımı ilə bağlı həmin petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.