RƏSMİ SƏNƏDLƏR


Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Mun Ce-inə

Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu dövrdə Azərbaycan xalqının dost Koreya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin