DÜNYA


Koreya Respublikasının lideri parlamenti KXDR ilə razılaşmanı təsdiqləməyə çağırıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Koreya Respublikasının Prezidenti Mun Ce-in ölkə parlamentini Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əldə olunmuş razılaşmanı ratifikasiya etməyə çağırıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Mun Ce-in Koreya yarımadasında şəraitin sürətlə dəyişməsinə baxmayaraq, Milli Assambleyanın bu məsələyə dair fəaliyyətində tərpəniş olmadığını, parlamentin apreldə Şimali Koreya ilə əldə edilmiş razılaşmanın ratifikasiyası üçün müvafiq komitəyə qanun layihəsi hazırlamağı belə tapşırmadığını deyib.

Mun Ce-in Milli Assambleyanı Koreya yarımadasında sülhün yeni tarixinin yazılmasında yaxından iştirak etməyə çağırıb. Onun müvafiq bəyanatı parlamentdəki “Bareunmirae” müxalifət partiyasının Koreyalararası sammitdə əldə olunan razılaşmaya zidd mövqeyini bildirməsindən sonrakı vaxta təsadüf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.