Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Namdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı hərarətlə təbrik edim.

Fürsətdən istifadə edərək əminliklə bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri birgə mənafelərimizə uyğun şəkildə möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı arzulayır, Sizin müdrik rəhbərliyinizlə ölkənizin firavanlığı və inkişafı işində Azərbaycan Respublikasının Hökumətinə və xalqına böyük uğurlar diləyirəm.

Hörmətlə,

 

Kim Yen Nam

Koreya Xalq Demokratik Respublikası

Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin