Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Namdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

Kim En Nam

Koreya Xalq Demokratik Respublikası

Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin