DÜNYA
Koreya dilinin ümumi lüğəti hazırlanacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Cənubi və Şimali Koreyanın alimləri Koreya dilinin ümumi lüğətini hazırlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Baş naziri Li Nak-yon ölkəsinin KXDR ilə birgə Koreya dili lüğətinin hazırlanması üçün iş aparacağını deyib. “Böyük Koreya dili lüğəti”nin hazırlanması prosesinin 2005-ci ildə başladığını bildirən Baş nazir əlavə edib ki, iki ölkə arasında yaranmış gərginlik səbəbindən bu işi başa çatdırmaq mümkün olmayıb.
“Kral Seconq “Hangıl”ı (Koreya əlifbası) yaradanda biz vahid xalq idik. Lakin “Soyuq müharibə” Koreya xalqını və ərazisini iki yerə böldü”, - deyən Li Nak-yon 70 illik parçalanmanın Koreya dilindəki bəzi sözlərin mənasının cənub və şimalda fərqləndirdiyini bildirib.
Qeyd edək ki, noyabr-dekabr aylarında iki ölkə arasında işçi səviyyədə keçiriləcək görüşdə iki ölkənin alimləri mütəmadi yığışaraq, layihə üzərində işi davam etdirmək məsələsini müzakirə edəcəklər. İki ölkənin alimlərinin bu cür sonuncu görüşü 2016-cı ildə Çinin Dalyan şəhərində keçirilsə də, Şimali Koreyanın nüvə-raket sınaqları səbəbindən dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]