İDMAN


“Koreya səfiri” kuboku turnirində 100-dən çox gənc taekvondoçu qüvvəsini sınayıb

Bakı, 15 sentyabr, AZƏRTAC 

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə sentyabrın 14-də Abşeron Olimpiya Kompleksində keçirilən gənclər arasında “Koreya səfiri” kuboku turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışda komanda hesabında birinci yerə “Qafqaz”, ikinci yerə “Hədəf-Olimpiya”, üçüncü yerə isə “Gömrükçü” taekvondo klubları çıxıb.

Beşinci dəfə keçirilən turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmə və klublarından 2002-2004-cü il təvəllüdlü 100-dən çox gənc idmançı qüvvəsini sınayıb.

Yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.

Turnirin açılış mərasimində ATF-nin vitse-prezidenti Nağı Səfərov, Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op və Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək ölkəmizdə idmanın, o cümlədən taekvondonun inkişafına göstərilən diqqət və qayğıdan bəhs ediblər. Taekvondoçularımızın dünya və Avropa çempionatlarında əldə etdikləri uğurlar bu diqqət və qayğının göstəricisi kimi dəyərləndirilib.

Sonra turnirin qalibləri kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.