DÜNYA


Koreya şirkəti 4,4 milyard dollar dəyərində 40 “Boeing” təyyarəsi alacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Cənubi Koreyanın “Jeju Air” aşağı büdcəli aviaşirkəti 4,4 milyard dollar dəyərində 40 ədəd yeni “Boeing” sərnişin təyyarəsi alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, təyyarələr 2022-ci ildən başlayaraq “Jeju Air”ə təhvil veriləcək. Sifariş verilən təyyarələrin hamısı “Boeing 737 MAX” modelidir.

“Jeju Air” 189 sərnişin yeri olan yeni təyyarələrdən qısa və orta məsafələrə uçuşlarda istifadə edəcək.

Qeyd edək ki, Cənubi Koreyanın ilk aşağı büdcəli aviaşirkəti olan “Jeju Air” 2005-ci ildə yaradılıb. Turizm bölgəsi olan Cecu adası ilə ölkənin digər şəhərlərinə, habelə paytaxt Seuldan Çin, Yaponiya, Rusiya və cənub-şərqi Asiyanın bir neçə ölkəsinə uçuşlar yerinə yetirən şirkətin cari ilin yanvar-sentyabr aylarında xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 75 milyon dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.