DÜNYA
Koreya yarımadasında problemin həlli Cənubi Koreya, ABŞ və Yaponiyanın sıx əməkdaşlığından asılıdır
Bakı, 18 oktyabr, AZƏRTAC
Koreya yarımadasında problemin həlli Cənubi Koreya, ABŞ və Yaponiyanın sıx əməkdaşlığından asılıdır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu fikri Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Seulda Yaponiya xarici işlər nazirinin müavini Şinisuke Suqiyama ilə görüşündə deyib.
Xanım nazir bu üç ölkənin Koreya yarımadasında yaranmış vəziyyətin həlli üçün birgə əməkdaşlığının faydalı olacağına inandığını bildirib.
Qeyd edək ki, gün ərzində Seulda Cənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələri rəhbərləri müavinlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə əsas müzakirə obyekti Şimali Koreyanın raket və nüvə silahı məsələsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]