CƏMİYYƏT


Koreyada elmi ədəbiyyat jurnalının növbəti sayı Qarabağa həsr olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Diasporuna Dəstək Fondunun Cənubi Koreya Respublikasının mühüm elmi araşdırmalar mərkəzlərindən biri olan Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyası ilə birgə əməkdaşlığı çərçivəsində yeni bir layihəyə imza atılıb. Belə ki, hər il minlərlə tələbə və elmi tədqiqatçının istifadəsinə verilən Beynəlxalq Dil və Ədəbiyyat dərgisinin 52-ci buraxılışında ilk 5 məqalə "Azərbaycan Ədəbiyyatında Qarabağ" mövzusuna həsr olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, məqalələr Azərbaycan, Koreya və ingilis dillərində təqdim edilib.

Məqalədə Azərbaycan ədəbiyyatında Qarabağın önəmini koreyalı oxuculara çatdırmaq məqsədilə tanınmış ədəbiyyatşünas alimlər tərəfindən müxtəlif mövzular işlənib.

Diqqətə çatdırılıb ki, mövzunun Qarabağ ədəbiyyatı seçilməsi isə heç də təsadüfi deyil. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Bu gün ölkəmizin mədəniyyət paytaxtı, tarixən isə Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhəri öz təbiətinin gözəlliyi ilə yanaşı, yetişdirdiyi şair, rəssam, memar və musiqiçilərlə ölkənin tarixi-mədəni irsinə öz töhfəsini verib.

Azərbaycan ədəbiyyatının Koreyada tanınması və öyrənilməsi istiqamətində Fond tərəfindən atılan ilkin addım bu sahədəki əlaqələrin daha da inkişafına təkan verməklə yanaşı, Qarabağ həqiqətlərinin də dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət daşıyır .

Qeyd edək ki, layihənin ərsəyə gəlməsində Koreya Beynəlxalq Dil və Ədəbiyyat Assosiasiyasının Prezidenti Kang Seok-geunun və fəlsəfə doktoru, məqalələrin Koreya dilinə tərcüməçisi Leyla Məsimlinin xüsusi təşəbbüsü və dəstəyi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.