ELM VƏ TƏHSİL
Koreyalı alim Qafqaz ölkələrinin bitki örtüyünü araşdırır
Bakı, 18 oktyabr, AZƏRTAC
Koreya Respublikasının Çonbuk Dövlət Universitetinin meşəçi alimi, dosent Cuhyuk Kvon Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının (MNB) qonağı olub.
MNB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev qonağı bağın tarixi və fəaliyyət istiqamətləri ilə tanış edib.
Səfərinin əsas məqsədinin Qafqaz ölkələrinin bitki örtüyünü araşdırmaqdan ibarət olduğunu söyləyən C.Kvon təmsil etdiyi təşkilat və apardığı tədqiqatlar barədə danışıb.
Bağın canlı kolleksiyasını ziyarət edən C.Kvona Azərbaycanın meşə örtüyü və biomüxtəlifliyi haqqında ətraflı məlumat verilib. Koreyalı alim burada Azərbaycanın endem bitkiləri və təcrübə sahələrində aparılan elmi işlərlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]