ELM VƏ TƏHSİL
Koreyalı alimlər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təlim keçiblər
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikası Seul Milli Universiteti arasında birgə tədqiqat işlərinin aparılması barədə 2016-cı il iyulun 8-də imzalanmış müqaviləyə uyğun olaraq tərəflər arasında qarşılıqlı elmi əlaqələr davam edir.
Müqavilə çərçivəsində Seul Milli Universitetinin alimləri avqustun 23-dən 25-dək AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təlim keçiblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, koreyalı alimlər təlimdə iştirak edən azərbaycanlı mütəxəssislərə “İCAP 7000 Series İCP-OES” cihazının iş prinsipi, cihazda su və torpaq analizlərinin aparılması qaydaları haqqında ətraflı məlumat veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:17]
Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər
- 23.04.2024 [11:57]
ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib
- 23.04.2024 [11:21]