MƏDƏNİYYƏT
Koreyalı musiqiçi Bakıda çıxış edib
Bakı, 14 noyabr, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış pianoçu Eldəniz Ələkbərzadə və Koreyanın məşhur violonçel ifaçısı Jiyun Yoo konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə reallaşıb. Konsertin solistlərini Xalq Artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Musiqili gecədə xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Bir-birindən maraqlı kompozisiyaların səsləndirildiyi konsert maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]