ELM VƏ TƏHSİL


Koreyanın Dünya Musiqi Alətləri Muzeyinin direktoru Milli Azərbaycan Tarixi Muzeyində olub

Bakı, 18 iyun, AZƏRTAC

Koreyanın Kyunggi-Do əyalətində yerləşən Dünya Musiqi Alətləri Muzeyinin direktoru Yong Cin Li və kuratoru Yonsun Han AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Görüş zamanı Yong Cin Li muzeyin zəngin kolleksiyası arasında Qarabağa məxsus musiqi alətləri ilə tanış olmaq arzusunu bildirib. Qonaqlar dünyaca məşhur muğam sənətimizin korifeylərindən Cabbar Qaryağdıoğlunun və Xan Şuşinskinin qavalları, maestro Niyazinin tarı və digər şəxsi əşyaları, Zülfüqar Hacıbəyovun kamançası və tarı, həmçinin Qarabağda hazırlanmış tarbəndlik sənətinin misilsiz nümunələri ilə tanış olublar.

Sonra Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi və muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ziyarət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.