ELM VƏ TƏHSİL


Koreyanın Seul-Duksunq Universitetinin professoru Əlyazmalar İnstitutunda

Bakı, 16 may, AZƏRTAC 

Koreya Respublikasının Seul-Duksunq Universitetinin fəlsəfə fakültəsinin dekanı, professor Huanq-Van Min Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə qonağa institutun tarixi, beynəlxalq əlaqələri, əlyazmaların toplanması, mühafizəsi və bərpası barədə geniş məlumat verilib. Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu da qonağın diqqətinə çatdırılıb.

Professor Huanq-Van Min institutda saxlanılan hüquq, fəlsəfə və etikaya dair əlyazma və əski çap kitabları ilə maraqlanıb. Bundan başqa, koreyalı alimə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq həmyerlimizin doğma yurd-yuvalarından didərgin düşməsi faktı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.