ELM VƏ TƏHSİL


Koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreyaşünaslıq Akademiyasının təşkilatı dəstəyi ilə koreyaşünaslıq üzrə inşa müsabiqəsi və viktorina keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Koreya Respublikasının Azərbaycandakı səfirinin müşaviri Lee Je Vunq çıxış ediblər.

Tədbirin birinci hissəsində öncədən müsabiqə yolu seçilmiş 6 tələbənin inşalarının təqdimatı keçirilib. ADU-nun tərcümə və mədəniyyətşünaslıq fakültəsinin III kurs tələbələri olan Fidan Talıbova, Sevinc Quliyeva, BDU-nun şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Aynurə Allahyarova, III kurs tələbəsi Ayişən Məcidli, ADPU-nun ibtidai təhsil fakültəsinin II kurs tələbəsi Nəzrin Təmirova və UNEC-in beynəlxalq iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Orxan Bayramov Koreya haqqında müxtəlif mövzularda çıxış ediblər. İnşalarının təqdimatının ardınca tədbir müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.

İkinci hissədə koreyaşünaslıq üzrə viktorina keçirilib. Müsabiqəyə ümumilikdə 16 nəfər iştirakçı qatılıb. Final da daxil olmaqla 4 mərhələdən ibarət olan gərgin yarışmanın sonunda BDU-nun şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Aynurə Allahyarova 1-ci, ADU-nun tərcümə və mədəniyyətşünaslıq fakültəsinin III kurs tələbəsi Yemən Əzizzadə 2-ci, Rauf Hüseynov 3-cü, BDU-nun şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Aytac Muxtarova və ADU-nun tərcümə və mədəniyyətşünaslıq fakültəsinin III kurs tələbəsi Fəridə Əlixanlı 4-cü yeri tutub.

Tədbir zamanı Koreyaya dair müxtəlif rəsm əsərləri və əl işləri sərgilənib, qonaqlara Koreya milli mətbəxinin təamlarından biri olan Kimbap təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.