DÜNYA
Körfəzdəki ABŞ hərbi gəmisindən İran katerlərinə xəbərdarlıq atəşi açılıb
Qahirə, 28 aprel, AZƏRTAC
Körfəzdə patrul xidmətini yerinə yetirən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi katerinə xəbərdarlıq atəşi açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Aljazeera” telekanalı məlumat yayıb.
ABŞ hərbi donanmasının bəyanatında bildirilib ki, ABŞ gəmisindən radio və səsgücləndiricilər vasitəsilə İran katerlərinə dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar gəminin yaxınlığında manevrləri davam etdirib. Sonra “Fire Bolt” gəmisindən xəbərdarlıq atəşi açılıb və bunun ardından İran katerləri gəmidən təhlükəsiz məsafəyə çəkilib. ABŞ hərbçiləri əlavə ediblər ki, katerlər gəmidən 70 metr aralıda olublar və bu, hərbi təxribata şərait yaradıb.
Bu, Körfəzdəki beynəlxalq sularda ABŞ və İran hərbi gəmiləri arasında 2021-ci ildə baş vermiş ikinci insidentdir. Eyni zamanda, 2017-ci ildən bəri ilk dəfə ABŞ gəmilərindən xəbərdarlıq atəşi açılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [15:17]
Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu
- 16.04.2024 [14:46]
Taksford At Muzeyi onilliyini qeyd edir
- 16.04.2024 [14:43]
Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib
- 16.04.2024 [14:29]
“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır
- 16.04.2024 [14:27]
Kopenhagendə birja binasında yanğın baş verib
- 16.04.2024 [14:20]
Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur
- 16.04.2024 [14:09]
Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb
- 16.04.2024 [13:38]