ELM VƏ TƏHSİL


“Korn Ferry” kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri UNEC tələbələri ilə görüşüb

“Korn Ferry” kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə rəhbəri UNEC tələbələri ilə görüşüb

Bakı, 30 mart, AZƏRTAC

Konsaltinq və insan resursları sahəsində dünyanın aparıcı şirkətlərindən olan “Korn Ferry”nin Mərkəzi Avrasiya regionu üzrə rəhbəri Yaroslav Qlazunov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Y.Qlazunov “Karyeranın qlobal trendləri” mövzusunda təqdimatla çıxış edib. Həmçinin qlobal bazarın gənc mütəxəssislərdən tələb etdiyi bilik, bacarıq və kompetensiyalar ətrafında maraqlı müzakirələr apararaq, sualları cavablandırıb.

Tədbirdən sonra Y.Qlazunov rektor Ədalət Muradovla görüşüb. Y.Qlazunov tələbələrin müzakirələrdə fəallığını, dünyagörüşlərini, biliklərini yüksək qiymətləndirərək, bu görüşlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

Sonra tərəflər arasında “Korn Ferry” kampaniyası ilə yanaşı, digər biznes qurumlarının idarəediciləri və aparıcı mütəxəssisləri ilə görüşlərin təşkili barədə ilkin razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.