İQTİSADİYYAT


“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb

Bakı, 19 noyabr, AZƏRTAC

Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksion xəstəliklərin geniş yayılması ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.