MƏDƏNİYYƏT


“Koroğlu” bu dəfə quruluşçu rəssamın şərəfinə səhnəyə çıxacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq rəssamı, SSRİ dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr olunacaq. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış edəcək.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.