MƏDƏNİYYƏT


“Koroğlu” bu dəfə quruluşçu rəssamın şərəfinə səhnəyə çıxıb

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin budəfəki təqdimatı Xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr edilib. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Fidan Hacıyeva, Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış ediblər.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.