CƏMİYYƏT


Koronavirus Çində apreldə keçirilməsi planlaşdırılan COP15-in ikinci mərhələsinə təsir edə bilər

Bakı, 24 yanvar, AZƏRTAC

Koronavirus Bioloji müxtəliflik barədə Konvensiyanın Tərəflər Konfransının 15-ci iclasının (COP15) ikinci mərhələsinin keçirilməsinə təsir edə bilər. AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Ekologiya və Ətraf Mühit Nazirliyi bildirib.

COP15-in ikinci mərhələsinin keçirilməsi Çinin Kunmin şəhərində (Yunnan əyaləti, Çinin Cənub-Qərbi) bu ilin aprel ayına planlaşdırılmışdı. İclasda 2020-ci ildən sonrakı dövrə biomüxtəlifliyin qorunub saxlanılması üzrə qlobal çərçivə proqramının işlənib hazırlanması gözlənilir.

COP15-in birinci mərhələsi Kunmin şəhərində keçən ilin oktyabr ayında oflayn- və onlayn formatda keçirildi. Keçirilməsi Cenevrədə 2022-ci ilə planlaşdırılan növbəti oflayn-iclas pandemiya ilə əlaqədar təxirə salındı.

Yuxarıda qeyd olunan qurumun rəsmi nümayəndəsi Lyu Yubin Çinin Bioloji müxtəliflik barədə Konvensiyanın Katibliyi və maraqlı tərəflərlə sıx təmasda olduğunu bildirib.

Onlar COP15-in ikinci mərhələsi zamanı tarixin, təşkilati formatların, həmçinin epidemiyaya qarşı tədbirlərin təsdiqlənməsi üçün cari ildə BMT konfranslarının gündəliyini, çərçivə proqramının müzakirəsi və müvafiq sənədlərin hazırlanması üçün zəruri müddətləri, eləcə də pandemiya ilə bağlı vəziyyəti nəzərə alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.