DÜNYA


Koronavirus Ukraynanın tibb işçiləri və hərbçiləri arasında da geniş yayılır

Kiyev, 23 iyun, AZƏRTAC

Ukraynada koronavirusa yoluxan tibb işçilərinin və hərbçilərin sayı artmaqdadır.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 92 tibb işçisində koronovirus aşkarlanıb. Ümumilikdə Ukraynada 6138 nəfər koronavirusa yoluxub ki, bu da infeksiyaya tutulanların 16,4 faizini təşkil edir. Koronavirusdan ölən tibb işçilərinin sayı isə 40 nəfərdir.

Son sutkada, həmçinin 13 ukraynalı hərbçi koronavirusa yoluxub. Ümumilikdə isə 154 hərbçi koronavirusa tutulub, onlardan 5-i ölüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.