CƏMİYYƏT
Koronavirus əleyhinə peyvəndin üçüncü dozasının vurulması müzakirə olunur
Bakı, 18 iyun, AZƏRTAC
Koronavirusa əleyhinə iki doza vaksin vurulduqdan sonra qanında anticisim yaranmayan şəxslərə üçüncü dozanın vurulması aktiv müzakirə olunan məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva qurumun rəsmi feysbuk səhifəsində canlı yayımlanan “COVID-19 və peyvəndlər” mövzusundakı çıxışında bildirib.
Həkim-infeksionistin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçüncü dozanın tətbiqini hələ ki, təsdiqləməyib: “Əgər ÜST koronavirusa qarşı peyvəndləmədə üçüncü dozanın vurulmasını məqsədəuyğun hesab edərsə, bu, Azərbaycanda da tətbiq oluna bilər”.