DÜNYA


Koronavirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında başlanacağı ehtimal edilir

Moskva, 5 iyul, AZƏRTAC

Koronavirus pandemiyasının ikinci dalğasının bu ilin noyabr-dekabr aylarında baş verəcəyi ehtimal olunur.

AZƏRTAC xəbər verir ki, bu fikri israilli professor Leonid Eydelman rusiyalı jurnalistlərə söyləyib. O deyib ki, mövsümi kəskin resperator virus infeksiyalarının COVID-19 ilə oxşar simptomları vəziyyəti daha da kəskinləşdirə bilər. Belə ki, resperator xəstəliklərlərdən əziyyət çəkən xəstələri COVID-19 xəstələrindən ayırmaq çətin olacaq. Mütəxəssis payız aylarında ölkələrin səhiyyə sistemini daha mütəşəkkil olmağa çağırıb.

O xatırladıb ki, İsraildə koronavirus infeksiyasının ikinci dalğasının yayılması üzündən hakimiyyət yenidən məhdudiyyət tədbirlərinə əl atmağa məcbur olub.

L.Eydelmanın yoluxma hallarının çox olduğu ərazilərdə regional karantinlərin tətbiqinə tərəfdar olduğunu bildirib. O, təhlükəsiz və kütləvi peyvəndlərin 2021-ci ilin ikinci rübündən tez tətbiq ediləcəyinə inanmadığını qeyd edərək, bu virusla yaşamağı öyrənməyə çağırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.