CƏMİYYƏT


Koronavirus xəstəsi ictimai yerdə aşkarlanaraq saxlanılıb

Bakı, 13 may, AZƏRTAC

Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları aktiv koronavirus xəstəsini ictimai yerdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakini Ç.Qasımzadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.