DÜNYA


Koronavirus xeyli “cavanlaşıb”

Budapeşt, 24 sentyabr, AZƏRTAC

COVID-19 diaqnozu qoyulmuş xəstələrin orta yaşı, əsasən yaşlı insanları vuran pandemiyanın ilk dalğası dövrü ilə müqayisədə daha aşağıdır.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın baş həkimi Sesiliya Müller onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda testə müsbət reaksiya daşıyıcılarının əksəriyyəti 20-29 yaş qrupuna aiddir. İkinci dalğanın “təbiəti” birincidən bir qədər fərqlidir, buna görə də pandemiyanın qarşısını almaq üçün indi bir az fərqli strategiya seçilməlidir.

İki dalğa zamanı bütün infeksiya hadisələrinin məcmu orta yaşı hələ 41, son 10 gündə isə 35 yaş təşkil edir.

Müller xəstəxanaların hər gün kifayət qədər dərman və yataq yerlərinin olması üçün gündəlik yoxlanıldığını söyləyib. Buna baxmayaraq, bir çox xəstə artıq stasionar müalicəyə qəbul edilmir, sahə həkimi tərəfindən nəzarət edilməsi məqsədilə evə göndərilir.

Ev karantini müddətinin 14 gündən 10 günədək azaldılmasına gəlincə, baş həkim bildirib ki, bu məsələnin həllində beynəlxalq təcrübə nəzərə alınıb: 10 gündən sonra, 5-6 gün davam edən inkubasiya dövrü də daxil olmaqla, infeksiya özünü büruzə verir. O, Avropanın bir çox ölkələrində məcburi karantin dövrünün artıq 10 gün davam etdiyini bildirib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.