DÜNYA


Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Bratislava, 20 sentyabr, AZƏRTAC

Slovakiyada pandemiya başlayandan artıq ikinci gündür ki, rekord sayda gündəlik yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da ölkə üzrə koronavirusa gündəlik yoluxmaların sayı 290 olub. Bir gün öncə isə bu göstərici 235 idi. Slovakiya Səhiyyə İnformasiya Mərkəzinin məlumatına görə, bu, mart ayından bəri ən yüksək göstəricidir və ölkədə virusa yoluxanların sayı 6546 nəfərə çatıb.

Son günlərdə ölkə üzrə 13 məktəb tamamilə bağlanıb, 72 məktəbdə isə infeksiya müəyyən edilən siniflər karantinə alınıb. Təhsil Nazirliyinin məlumatına əsasən, hazırda 6546 şagird karantindədir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.