DÜNYA


Koronavirusa qarşı kütləvi peyvəndləmə Türkiyədə turizmi yenidən canlandırıb

Antalya, 22 iyun, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə ciddi nəticələr verməkdədir. Hazırda ölkə üzrə tətbiq olunan ümumi peyvənd sayı 43 milyon dozanı ötüb. Bu göstəriciləri nəzərə alan hökumət iyulun birindən etibarən COVID-19 infeksiyasına qarşı bir sıra məhdudiyyətləri, o cümlədən gündəlik və həftə sonu axşam saatlarını əhatə edən “evdə qal!” rejimini aradan qaldırmaq barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının tam olmasa da nəzarətə alınması ölkə iqtisadiyyatının mühüm hissəsi olan turizmi canlandırıb. Rəsmi məlumata görə, turizm mövsümünün qızğın günlərində Rusiyanın 26 şəhərindən Antalyaya hər gün ən azı 140 sərnişin təyyarəsinin uçacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyədə tətbiq olunan peyvəndin əsas hissəsini Çindən alınan “Sinovac” vaksinini təşkil edir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.