REGİONLAR


Koronavirusa qarşı vaksinasiya prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir

Şirvan, 18 fevral, Mahir Babayev, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi Mərkəzi Xəstəxanada vaksinasiya ilə bağlı yaradılmış şəraitlə və vaksinasiya prosesi ilə tanış olub.

Şirvan Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görüldüyünü qeyd edərək bildirib ki, bu məqsədlə xəstəxanada xüsusi otaqlar ayrılıb və TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.

Diqqətə çatdırılıb ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir. Bu sahədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

Peyvənd olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsinə və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin edilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.