CƏMİYYƏT


Koronavirusa qarşı vaksinasiya strategiyası həftəsonu ictimaiyyətə açıqlanacaq VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq. Kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. Hazırlanan strategiya həftəsonu ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı keçirilən iclasında deyib.

“Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanlarının əməkdaşları, yanaşı xəstəliyi olanlar, dializ xəstələri, şəkərli diabet, ürək qan-damar sistemi xəstəliklərindən, böyrək çatışmazlığından əziyyət çəkənlər daxildir.

Vaksinasiya prosesi könüllü xarakter daşıyacaq. Peyvənd olunmuş insanların donor olmasında isə heç bir problem olmayacaq.

Hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir. Gələcəkdə araşdırmalar daha yuxarı yaş qruplarını da əhatə edəcək. Araşdırmalara görə, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Yanaşma ondan ibarətdir ki, aşağı yaş qruplarına, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Əhali hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələri barədə məlumatlandırılacaq”, - deyə R.Bayramlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.