CƏMİYYƏT
Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycanda koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, koronavirus aşkarlanan şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur: “O karantin məntəqəsinə aparılıb. Hazırda xüsusi boks şəraitində saxlanılır”.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]