CƏMİYYƏT


Koronavirusa yoluxduğunu bildiyi halda həmkəndliləri  ilə söhbət edən Füzuli rayon sakini barəsində cinayət işi başlanıb

Bakı, 28 noyabr, AZƏRTAC

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Füzuli Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, noyabrın 20-də COVID-19 virusu ilə bağlı verdiyi testin nəticəsi pozitiv olan rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 27-də rayonun Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.