DÜNYA


Koronavirusa yoluxmuş Silvio Berluskoni xəstəxanadan evə buraxılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

İtaliyanın sabiq Baş Naziri Silvio Berluskoni sentyabrın 14-də səhər saatlarında koronavirusdan müalicə aldığı Milanın “San-Raffaele” xəstəxanasından evə buraxılıb.

AZƏRTAC RAI News 24 telekanalına istinadla xəbər verir ki, 83 yaşlı siyasətçi səhhəti zəif olan insanların yoluxmasının qarşısını almaq üçün bütün qaydalara əməl etməyə çağırıb.

“Mən hesab edirəm ki, bu, həyatımda ən təhlükəli sınaq olub”, - deyə Silvio Berluskoni xəstəxananı tərk edərkən bildirib.

Avropa Parlamentinin deputatı və “İrəli, İtaliya” partiyasının lideri çox güman ki, ikinci testin mənfi cavabını alanadək karantin rejimini Arko şəhərindəki iqamətgahında keçirəcək.

Qeyd edək ki, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni sentyabrın 4-də COVID-19 diaqnozu ilə Milan şəhərindəki “San Raffaele” xəstəxanasına yerləşdirilmişdi. Onun infeksiyaya ailə üzvlərindən yoluxduğu məlum olub. Belə ki, siyasətçinin üç övladı, həmçinin rəfiqəsi, parlamentin deputatı 30 yaşlı Marta Faşina koronavirusa yoluxub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.