DÜNYA


Koronavirusdan müdafiə üçün sprey hazırlanıb

Bakı, 2 avqust, AZƏRTAC

Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.

AZƏRTAC “Postimees”ə istinadla bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. “İscosagen” şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.

Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.

“Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştamları neytrallaşdırmağa çalışırıq”,- deyə Ustav bildirib.

“BioBlock” adlandırılan dərmanın üzərində “İcosagen”in alimləri ilə bərabər “Chemi-Pharm” şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.

Dərmanın kütləvi istehsalı üçün icazə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.