CƏMİYYƏT


Koronavirusdan sağalanların donor bazasının yaradılması prosesi davam edir

Bakı, 3 avqust, AZƏRTAC

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstəlikdən sağalanların plazması ağır xəstələrin müalicəsində istifadə olunur. Hətta bu prosesdə başlayan ilk ölkələrdən biriyik. Həmin proses bu gün də davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun dediyinə görə, burada bir sıra tibbi və əks-göstərişlər mövcuddur: “Təəssüf ki, hər sağalan xəstənin qanından istifadə etmək mümkün olmur. Burada təkcə qan qrupu deyil, daha çox tibbi xüsusiyyətlər nəzərə alınmalıdır. Bu, ilk növbədə, könüllü bir prosesdir. Hər sağalan xəstə Hematologiya və Transfuziologiya İnstitutuna müraciət etsə, çox diqqətlə yanaşaraq onun qrupunu qeydiyyata alacaq və xüsusi anket vasitəsilə onun donor olub-ola bilməyəcəyi araşdırılacaq. Bunu əvvəlcədən etmək daha yaxşıdır və xüsusi çağırış gözləmək lazım deyil. Sağalanların və könüllü olaraq donor olmaq istəyənlərin bazasının yaradılması çox yaxşı haldır və bu proses hazırda davam edir. Əlbəttə ki, sağalan vətəndaşların könüllü müraciətlərinə və ağır xəstələrin sağalmasında onların donorluğuna çox ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.