DÜNYA


Koronavirusla bağlı Gürcüstan “qırmızı zona” elan edilib

Tbilisi, 20 iyul, AZƏRTAC

Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib və ölkə “narıncı zona”dan “qırmızı zona”ya keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

Bildirib ki, koronavirusla bağlı mövcud vəziyyət çox gərgindir və narahatlıq doğurur.

A.Qamkrelidze deyib ki, ölkədə məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. “Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”,- deyə baş epidemioloq vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.